Aşura ilə bağlı Bakı polisindən XƏBƏRDARLIQ

Baxış sayı:
11770

Aşura mərasimləri ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək.
Bakı şəhər Baş Polis İdarəsindən Muxalifet.az-a verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaqdır.
Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: "Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".