Astanada 9-cu SURİYA TOPLANTISI BAŞLADI

Astanada keçirilən Suriya mövzusunda 9-cu iclas, təminatçı ölkələr olan Rusiya və İran arasında ikitərəfli görüşlərlə başlayıb.
Qazaxıstanın paytaxtı Astanada Suriya mövzusunda keçirilən 9-cu toplantı, tərəflər arasındakı ikitərəfli görüşlərlə başlayıb. ABŞ-ın qatılmadığı danışıqlarda “Gərginliyi Azaltma Bölgələri”ndəki son vəziyyət, Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzarətindəki konstitusiya komitəsi işləri və həbsdə olanların sərbəst buraxılması müzakirə olunur.
Rus nümayəndə heyətinin rəhbəliyində prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari rəhbərlik edir.
Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müşavir köməkçisi Sədat Önal rəhbərlik edir.
BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan də Misturanın günortadan sonra danışıqlara qoşulması, İordaniyanın müşahidəçi kimi danışıqlarda iştirak etməsi gözlənilir.
ƏSAS İCLAS SABAH BAŞLAYACAQ
Bəşşar Əsəd rejimi və hərbi müxaliflərin nümayəndələrinin də qatılacağı baş görüş sabah keçiriləcək.
Müxalifət.az