“ASAN xidmət” daha 8 ölkədə...
20-02-2019 20:37
Baxış sayı:
9559

Azərbaycanın “ASAN xidmət” modelinin 8 ölkədə oxşarı yaradılacaq.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
O, həmin ölkələrin adını açıqlamasa da, bununla bağlı danışıqların aparıldığını bildirib: "Biz həmin ölkələrlə əməkdaşlığa başlamışıq. Azərbaycanın “ASAN xidmət” modelinin həmin ölkələrdə fəaliyyət göstərməsinə nail olacağıq. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi təsis edilib”.