Artıq ona rahatlıq yoxdur: Türkiyə Saleh Müslimi addım-addım TƏQİB EDƏCƏK

Baxış sayı:
4372

Çexiyada tutulduqdan sonra sərbəst buraxılan terror təşkilatı PYD-nin keçmiş həmsədri Saleh Müslimin, hansı ölkəyə gedərsə, getsin, ekstradisiyasının tələb olunacağı bildirilib.
 
Haqqında üç müxtəlif yaxalama qərarı olan, Saleh Müslim, bazar günü saxlanılıb, çərşənbə axşamı günü çıxarıldığı məhkəmə tərəfindən sərbəst buraxılmışdı. Müslimə Avropa İttifaqı (Aİ) sərhədlərindən çıxmayacağı və tələb olunduqda məhkəməyə ifadə verəcəyi yönündə şərt qoyulduğu qeyd edilmişdi.
 
ANKARA TƏQİBDƏ
 
Türkiyə Müslimi Avropada addım-addım izləyəcək. Müslimin hələ Çexyadan ayrılmadığı, məhkəmənin Türkiyənin göndərdiyi ekstradisiya dosyesini araşdırdıqdan sonra son qərarını verəcəyi qeyd edilib.
 
ADDIM-ADDIM İZLƏNİLƏCƏK
 
Müslim ölkədən ayrılsa, səfirliklər və kəşfiyyat tərəfindən izlənəcək. Müslimin getdiyi hər ölkədə xarici işlər və ədliyyə məqamları ilə görüşüləcək və tutulması tələb olunacaq.
Bunun üçün də artıq "qırmızı bülleten” çıxarılıb.
Müxalifət.az