​ARİF ALIŞANOV HAQDA SENSASİON FAKTLAR... – AzTV rəhbəri ötən həftə mətbuatın gündəmini zəbt etdi

Səlim Müslümov ötən həftənin ikincisi, Samir Şərifov isə üçüncüsü olub

Baxış sayı:
20806

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 05-11 mart 2018-ci ildə elektron mətbuatda daha çox yer ayrılan vəzifəli şəxs Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alişanov olmuşdur. “Arif Alışanova qarşı AĞIR İTTİHAM”, “Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir”, “Bu işin ucu Eldar Mahmudova çıxır” - Arif Alışanova sui-qəsd” və “AZTV sədri Arif Alışanovun istintaqa ifadəsi məlum olub” başlıqlı 4 yazı ümumilikdə 27 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Vətəndaş: "Səlim Müslümov, Prezidentə məruzə et ki, bacarmıram"” başlıqlı məqalənin 6 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov tutur. Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Nazirin "fətvası" verilir: 20 milyardlıq talan, 3 ölkəyə agentlik və... - prezidentə qovluq” başlıqlı yazının 2 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov tutur. Muxalifet.az