Argentina-İsrail matçının baş tutmaması HÖKÜMƏTİ QARIŞDIRDI: QARŞILIQLI İTTİHAMLAR

Argentina ilə İsrail milli futbol komandaları arasında Qüdsdə oynanılması planlaşdırılan hazırlıq matçının ləğv edilməsindən sonra İsrail rəsmiləri arasında kimin məsuliyyət daşıması ilə bağlı mübahisə yaşanıb.
“Yedioth Ahronoth” qəzetinin xəbərinə görə, İsrailin mədəniyyət və idman naziri Miri Regev, İsrailin baş naziri Binyamin Netanyahunun Argentina prezidenti Mauricio Macriyə zəng edərək iki komanda arasında oynanılması planlaşdırılan matçın Qüdsdə həyata keçirilməsini təmin etməyə çalışdığını bildirib.
TƏK GÜNAHKAR SƏNSƏN
Xəbərdə, İsrailli bəzi şəxslər isə nazir Regevi, Hayfa şəhərində oynanacaq olan matçın yerinin dəyişdirilərək Qüdslə əvəz olunmasına görə "yeganə günahkar" sayıb.
Regev də ona yönəldilən ittihamdan sonra Netanyahunun Argentina prezidenti Macri-yə "İsrailin əbədi paytaxtı" kimi təqdim etdiyi "Qüdsdə matçın oynanılması" istiqamətində ifadələrinin yer aldığı bir məktubu qəzetdə nəşr etdirərək özünü müdafiə edib.
Məhz bundan sonar baş nazir Netanyahu ilə İsrailin mədəniyyət və idman naziri Regev bir-birini qarşılıqlı ittiham edib.
Netanyahu dünən İngiltərənin paytaxtı Londona səfəri zamanı "Qüdsdə matçın keçirilməsini qəbul etmədiyini" bildirsə də, İsrailin mədəniyyət və idman naziri Regev, 12 mart tarixli Netanyahunun imzasını daşıyan məktubu təqdim edib.
Qəzetin xəbərində Netanyahunun bu sözlərinə yer verilib: "Mənim qərarım deyildi. Matçın Qüdsdə oynanılması üçün hər hansı bir tələb və niyyətdə də olmamışam. Argentinaya olunan təzyiqləri də bilmirəm. Matçın Qüdsdə oynanmasını istəyən Regevdi. Argentina komandası da oyunçularının həyatlarına qarşı terror təhdidləri səbəbiylə geri çəkildi".
Regev də dünən Təl-Əvivdə keçirdiyi mətbuat konfransında ona yönəldilən ittihamlara etiraz edərək, o da matçın Argentinalı oyunçuların həyatlarına qarşı terror təhdidləri səbəbiylə geri çəkildiyini iddia edib.
Müxalifət.az