Anqela Merkel dördüncü dəfə KANSLER SEÇİLDİ
14-03-2018 14:26
Baxış sayı:
7870

Anqela Merkel dördüncü dəfə ardıcıl olaraq Bundestaqda Almaniyanın kansleri seçilib.
Muxalifət.az xəbər verir ki, səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib./apa/