Anlaşmadan sonra ABŞ-dan İLK MÜNBİÇ HƏMLƏSİ: 17 PKK lideri..

Ankara ilə Vaşinqton arasında olan Münbiç anlaşmasından sonra 6 nəfərlik ABŞ nümayəndə heyətinin ilk görüşü PYD/YPG rəhbərləri ilə dünən baş tutub. Heyətin, təşkilatdan Qəndillə əlaqəli 17 terrorçunun bu gün Suriya torpaqlarından kənara çıxarılmasını tələb etdiyi bildirilib.
Türkiyə ilə ABŞ arasında, terror təşkilatı YPG-nin 6 ay ərzində Münbiçdən çəkilməsi ilə varılan razılıqdan sonra ABŞ nümayəndə heyəti, Münbiçdəki Qəndillə əlaqəli 17 terrorçunun Münbiçdən çıxarılıb, İraq ərazisinə keçməsini istəyib. Yerli mənbələrdən alınan məlumata görə, YPG-nin hərbi müşavirləri olan yüksək səviyyəli 17 PKK terrorçusunun, PYD-nin keçmiş lideri Saleh Müslim kimi, İran ilə qarışıq əlaqələr içində olduğu səbəbilə bölgədən uzaqlaşdırılmasının istəndiyi öyrənilib. 17 PKK terrorçusunun Münbiçdən çıxması məsələsində razılığa gəlindiyi bildirilib. 6 nəfərdən ibarət ABŞ nümayəndə heyətinin cümə günü isə YPG-li şəxslərlə Kobanidəki hərbi bazada bir araya gələrək Münbiçdən çəkilmə təqvimini hazırlayacağı qeyd olunub.
8 MİN PKK/YPG-li HASEKƏYƏ
Terror təşkilatı PKK və Suriya qolunun Münbiçdəki 9 rayondan ən gec 40 gün ərzində çəkilməsi planlaşdırılır. Amerikalılar şəhərdəki 8 min PKK/YPG-linin Hasekə şəhərinə gedəcəyini deyir. Mənbələr terror təşkilatından toplanacaq ağır silahların bu mərhələdə yalnız Münbiç ilə məhdud qalacağını da ifadə edir.
PKK/YPG-nin əlində olan ağır silahları isə ABŞ-ın yaratdığı 21 nəfərdən ibarət olacaq heyət toplayacaq. Amma regiondakı hərbi mənbələr ən çətin prosesin ağır silahların toplanma zamanı olacağını bildirir.
FRANSIZ QOŞUNLARI KOBANİYƏ DAŞINACAQ
Münbiçdəki təmizlənmə prosesinə ABŞ, Fransanı da daxil etmək istəyirdi, ancaq Türkiyənin birmənalı mövqeyi ilə ABŞ müqaviləni yalnız ikili monitorinq modeli üzərində formalaşdırdı. ABŞ diplomatik mənbələr, Münbiç şəhərindəki Teşrin Bəndi yaxınlığında yerləşən kiçik bir qrupdan ibarət olan Fransız hərbi hissəsinin də Kobaniyə nəqlinin planlaşdırıldığını bildirib.
Müxalifət.az