​Ankaranın tələbi yerinə yetirilir – “YOL XƏRİTƏSİ”

Baxış sayı:
8932

 “İyunun 4-də Münbiçlə bağlı bir proqramın hazırlanması ehtimalı var. Məqsəd konkret addımların nəzərdə tutulduğu “yol xəritəsi” müəyyən etməkdir”.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu iyunun 4-də ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə nəzərdə tutulan görüşü şərh edərkən deyib.
 “Biz heç vaxt “Münbicdə Amerika əsgəri olmasın” demədik. “YPG çıxsın” dedik”, - o bildirib.