​Anası reperin ölüm səbəbini açıqladı

Baxış sayı:
9688

Bir neçə gün əvvəl dünyasını dəyişən reper Kirill Tolmaskovun ölümü haqda bu dəfə anası İrina danışıb.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, İrina birinci kanalda qonaq olarkən bildirib ki, Desla ləqəbi ilə tanınan övladı son günlər çox işləyib:
"Onun ölümünə ağır iş rejimi səbəb olub. Bir il içərisində 2 albom hazırladı. Hərdən əllərinin və ayaqlarının ağrımağından şikayət edirdi".
Qadın deyib ki, oğlunun ölümünə spirtli içki səbəb ola bilməz. "Ekspertin cavabı yanlışdır. Onlar oğlumun qanında spirt tapa bilməzdilər",  - İrina əlavə edib.