"AMERİKALI QADINLA EVLİDİR" - "Polat Alemdar"ın həyat yoldaşından ŞOK İDDİA

Baxış sayı:
5961

"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın həyat yoldaşı Naqehan Şaşmaz şok iddia ilə çıxış edib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, o, boşanma prosesinin davam etdiyi ərinin amerikalı bir qadınla evli olduğunu bilirib. Naqehan Şaşmaz bununla bağlı prokurorluğa şikayət edib. O, aktyorun "birdən çox evlilik" və "saxtakarlıq" maddələri ilə ittiham olunmasını istəyib.

"Boşanma prosesi davam edərkən şübhələndiyimiz üçün apardığımız araşdırmada Necati Şaşmazın Pensilvanyada Klayre B. adlı qadınla evli olduğunu müəyyənləşdirdik. Evliliklə bağlı rəsmi sənədlərin ABŞ-ın rəsmi orqanlarından istəlməsini tələb edirik" deyə Naqehan Şaşmaz iddia ərizəsində yazıb.

Onun vəkili Deniz Ketenci isə bunları deyib: "Naqehan Şaşmaz Necati Şaşmazın ABŞ-da amerikalı bir qadınla evli olduğunu, bu evliliklə bağlı Türkiyənin rəsmi orqanlarına bildirmədiyini və bu səbəbdən ölkədə subay göründüyünü öyrənib. O, Naqehan Şaşmazla evlənərək birdən artıq evlilik rəsmiləşdirib. Bu isə cinayətdir. Onunla bağlı istintaq aparılaraq məhkəməyə verilməsini tələb edirik".

Qeyd edək ki, Necati Şaşmaz Naqehan Şaşmazla 2012-ci ildə evlənib. Həyat yoldaşı 47 yaşlı aktyordan 21 yaş kiçikdir. Onların iki övladı var. Bir müddət əvvəl Necati Şaşmaz həyat yoldaşının ona xəyanət etdiyini bildirərək boşanmaq üçün məhkəməyə müraciət edib.