Amerikalı milyarder həbsxanada intihar etdi

Baxış sayı:
3757

Amerikalı milyarder Ceffri Epşteyn həbsxanada yatdığı kamerada intihar edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “ABC” telekanalı xəbər verib.

Bu ilin iyul ayında həbs edilən milyarder orada hakim qarşısına çıxacağı günü gözləyirmiş. Cinayətləri sübut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi. 

Qeyd edək ki, milyarder onlarla azyaşlı qızı fahişəliyə cəlb etməkdə ittiham olunurdu. O, 2002-2005-ci illlərdə Nyu-Yorkda və Floridada yerləşən iqamətgahlarında qəbul etdiyi azyaşlı qızlarla cinsi münasibətdə olub.