Amerikalı HEYƏT FƏLƏSTİNDƏN QOVULDU

Baxış sayı:
6292

Fələstinin Betlehem şəhərini ziyarət edən ABŞ nümayəndə heyəti, Fələstinlilər tərəfindən etiraz edilib.
 
Bir qrup Fələstinli aktivist, bu gün ABŞ hökumətinə aid bir proqram çərçivəsində çalışmalarını başa çatdıran tələbələrin buraxılışında iştirak etmək üçün Fələstinə gələn nümayəndə heyətinə etiraz etmək üçün heyətin yerləşdiyi Betlehem şəhərində bir araya gəlib.
Etirazlarını yumurta və ayaqqabı ataraq göstərən Fələstinli aktivistlər, ABŞ əleyhinə şüarlar səsləndirərək Donald Trampın "Qüdsü İsrailin paytaxtı olaraq tanıma" qərarına etiraz ediblər.
Aksiyaya qoşulan Fələstinli aktivist Əhməd Odeh, "Fələstin xalqı ədalətsizliyi qəbul etmir. Amerika xalqını sevirik, amma ABŞ rəhbərliyi hər zaman zalım İsrailin yanındadır. Fələstin xalqı bunu qəbul etmir" deyə, bildirib.
Müxalifət.az