Amerika konqresmenləri Paşinyana KÖMƏYƏ GƏLİR...
6-07-2018 16:21
Baxış sayı:
5971

Amerika senatorları və konqresmenləri ölkənin yeni hakimiyyətinə siyasi və iqtisadi dəstək vermək üçün Ermənistana gələcəklər.
Virtualaz.org bildirir ki, bu barədə "Jamanak" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.
Bildirilir ki, İrəvana gələcək Amerika nümayəndə heyətinin tərkibində senatorlar və konqresmenlərlə yanaşı, ABŞ-ın böyük korporasiyalarının təmsilçiləri də olacaq.
Amerikalıların İrəvana səfəri sentyabrda gözlənilir.