AMEA-nın bu loqosunda qədim türkcədə, görün, nə yazılıb – Foto

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının loqosunda qədim türk (run) əlifbasında yazı diqqət çəkib. Muxalifet.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın tarixi 1924-cü ilə gedib çıxsa da, 2003-cü ildə Heydər Əliyevin sərəncamı ilə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxana (MEK) elmi müəssisə statusu alıb. Məhz bundan sonra loqo və atributları yaranıb, yeni və müasir bina ilə təmin edilib. Maraqlıdır ki, AMEA MEK-in loqosunda əski türk hərfləri yalnız diqqətlə baxanda göründüyü üçün o qədər də fərqinə varılmır. Loqonun daxilindəki dairənin sol-sağ künclərində əks olunan qədim əlifbamızdakı 4 hərf Tenqri (Tanrı) sözünü ortaya çıxarır. Məxsusi olaraq vurğulayaq ki, orda əksini tapan qədim türk hərfləri ilə birgə loqo çox mükəmməl hazırlanıb və əsl elm ocağına layiq formadadır.