Almaniyanın keçmiş kansleri Şröder zinakarlıqda suçlandı və məhkəməyə verildi

Baxış sayı:
13135

Almaniyanın keçmiş kansleri Gerhard Şröder zinakarlığa görə Cənubi Koreyada məhkəməyə verilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

İddia ərzizəsi G.Şröderin cənubi koreyalı xanımı So Yo Şröder-Kimin keçmiş əri tərəfindən təqdim olunub.

İddiaçının yazdığına görə, Almaniyanın keçmiş rəhbəri onun keçmiş arvadını hələ evli ikən yoldan çıxarıb və onlar bunun nəticəsində boşanıblar.

Adı çəkilməyən həmin adam hazırda Şröder cütlüyündən 100 milyon von (68 min funt) mənəvi təzminat tələb edir.

Xanım Şröder-Kim isə ərizədə göstərilən faktların doğru olmadığını deyib. Onun sözlərinə görə, kanslerlə tanış olan zaman onlar faktiki nikahda olmayıblar.

Ümumiyyətlə, eks-kansler Şröder Almaniya mətbuatında karyerası qədər eşq macərəları və çoxlu sayda evlilikləri ilə gündəmə gəlib. Onu vətənində hətta zarafatla “Audi man” adlandırırlar. Ona görə ki, Almaniyanın avtomobil brendinin emblemində 4 həlqə var. Koreyalı xanım isə onun 5-ci həlqəsi, yəni arvadıdır.

75 yaşlı Gerhard Şröder 51yaşlı koreyalı tərcüməçi So Yo Kim lə ilk dəfə Seulda biznes konfransında tanış olub. 
Cənubi Koreya qanunları hələ də zinakarlığı qeyri-qanuni və hətta cinayət sayır. 2015-ci ilə qədər bu əməldə tutulanları 2 ilə qədər həbs cəzası gözləyirdi. Bu il 53 min koreyalı həmin səbəbdən məhkum olunub.