Almaniyadan Hindistan və Pakistana - Çağırış
27-02-2019 21:00
Baxış sayı:
6004

Almaniya Hindistan ilə Pakistan arasında yaşanan gərginliklə bağlı çağırış edib. Muxalifet.az xəbər verir ki, bu barədə danışan Almaniya Xarici İşlər naziri Hayko Maas hər iki ölkəyə təmkinli olmağı tövsiyə edib: "Gərginliyin artmamasına ümid edirik. Əks halda, sülh və sabitlik təhlükə altında qalacaq". Maas həmçinin Pakistanı terrorizmə qarşı mübarizədə qətiyyətli olmağa çağırıb. Qeyd edək ki, Hindistanla Pakistan arasındakı Kəşmir mübahisəli ərazisində tərəflərin toqquşması yaşanır. Pakistan hava məkanını pozan 2 hind, Hindistan isə bir Pakistan qırıcısını vurduğunu açıqlayıb.