Almaniyadan FETÖ-çuya QORUMA

Baxış sayı:
2890

FETÖ-nun əhəmiyyətli şəxslərindən olan Adil Öksüzün Almaniyada qaldığı ev ifşa olduqdan sonra Alman gizli servisinin Öksüzü qorumaq üçün tədbir aldığı ortaya çıxıb.
 
Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdində əsas rol oynayan və xaricə qaçan Adil Öksüzün Almaniyada olduğu dəqiqləşdi. Anadolu Agentliyinin Öksüzün Almaniyada qaldığı evi ifşa etməsindən sonra Alman gizli servisinin Öksüzü qoruma altına almaq üçün hərəkətə keçərək tədbir aldığı ortaya çıxıb.
 
YERİNİ BİLİRDİLƏR
 
“Sabah” qəzetinin əldə etdiyi məlumatlara görə, Alman xüsusi xidmət orqanlarının, Öksüzün Almaniyada olduğunu və harada yaşadığını uzun müddətdir bildiyi qeyd edilib. Alman mətbuatı mövzunu, Alman hökumətinin Öksüzün Türkiyəyə ekstradisiyasına qarşı çıxdığı iddiası ilə gündəmə gətirib. Almaniyanın “Tagesspiegel” qəzeti mövzu ilə bağlı "Sualımıza cavab olaraq təhlükəsizlik orqanları Öksüzün qorunması üçün tədbirlər gördüyü qeyd edilib" deyə, yazıb. Xəbərdə, rəsmilərin uzun müddətdir Öksüzün kim olduğunu bildiyi və yaşayış ünvanının təsbit edildiyi də qeyd olunub. Xəbərdə həmçinin, "Alman hökuməti, Öksüzün Türkiyəyə ekstradisiyasına qarşı çıxır" ifadəsi də yer alıb.
 
FƏRQLİ ÜNVAN
 
Alman gizli xidmətinin də Öksüzü daim nəzarət altında saxladığı və ünvanını bildiyi müəyyənləşib. Öksüzün, ünvanı ifşa olduqdan sonra başqa bir yerə aparıldığı və bu ünvanın da Alman orqanlarına məlum olduğu irəli sürülür.
Müxalifət.az