Almaniyada məscidlərə hücum!

Baxış sayı:
5833

Almaniyada həftə sonunda iki fərqli məscidə hücum reallaşdırılıb.
 
Hessen əyalətinin Kassel şəhərindəki Diyanət İşləri Türk İslam Birliyinə məxsus (DİTİB) Mərkəz Məscidinə şəxsiyyəti hələ müəyyən olunmayan adam, ya da şəxslər tərəfindən hücum həyata keçirilib.
Kassel Mərkəz Məscid Dərnəyinin rəhbəri Seyfəddin Eryörük məscidlərində  camaatın olmadığı saatlarda daşla hücum edildiyi və şüşələrin qırıldığını ifadə edib.
Eryörük hücumu qınadığını ifadə edərək hadisənin məsullarının ən qısa müddətdə tutulmasını istəyib.
Türkiyənin Frankfurtdakı baş konsilu Burak Karartı da sosial media hesabı Facebook-dan etdiyi açıqlamada, ''Kassel DİTİB Mərkəz Məscidinə bu gün  səhər saatlarında reallaşdırılan daşlı hücumu şiddətlə qınayır, təhlükəsizlik  qurumlarından hücumun həyata keçirənlərin tutularaq ədalətə təslim edilməsini  gözləyirik' deyə qeyd edib.
Kassel Prokurorluğu da hücum ilə əlaqədar istintaq başladıb.
Qeyd edək ki, əvvəlki illərdə yenə eyni məscidə terror təşkilatı PKK sempatizanları tərəfindən hücum edilmiş, hadisənin çəsulları tutula bilməmişdi.
 
BREMENDƏKİ MƏSCİDDƏ QURANİ KƏRİMLƏR CIRILDI
 
Almaniyanın Bremen şəhərində daha çox Əfqan və Pakistanlıların olduğu  Rəhman Məscidində isə təxminən 50 Quran-i Kərimin cırıldığı və bəzilərinin də tualetə atıldığı ifadə edilib.
Çirkin hücum səbəbiylə Bremendə yaşayan Müsəlmanlar sosial media  vasitəsilə kədərləri və təpkilərini paylaşıblar.
Xristian Demokrat Birlik Partiyasının (CDU) Bremen Əyalətindən olan millət vəkili  Oğuzhan Yazıçı etdiyi açıqlamada, Rəhman Məscidindəki çirkin hücumu şiddətlə qınadığını ifadə edərək "Ötən həftə Müsəlman bir gəncin bıçaqlanması xəbərindən sonra indi də Quran-i Kərimlərin cırıldığı xəbərini alırıq. Bremenli Müsəlmanlar çox gərgin və  narahatdır. Sinagoglar kimi, məscidlər də dövlət tərəfindən yaxşı qorunma altına  alınmalıdır'' deyib.
Yazıçı dövlətin bu hadisələri daha ciddi qəbul edib, İslam düşmənliyinə  qarşı qalıcı tədbirlər görməsi lazım olduğunu söyləyib.
Müxalifət.az