Almaniyada bıçaqlı şəxs vağzalda toplaşanlara hücum etdi - 2 ÖLÜ, 2 YARALI

Baxış sayı:
5984

Almaniyada bir nəfər bıçaqla insanlara hücum edib.

REN TV-nin məlumatına görə, hadisə İzerlon şəhər vağzalında baş verib.

İnsanların kütləvi toplaşdığı əraziyə əlindəki bıçaqla hücum edən şəxs iki nəfəri öldürüb, daha iki nəfər isə yaralanıb.

Yaralananların arasında azyaşlı uşaq da olub.

Hadisəni tərədən şəxs daha sonra sakitcə yerə oturaraq polislərin gəlməsini gözləyib.

Qeyd edək ki, olayın hansı səbəbdən baş verməsi haqqında məlumat verilməyib.