Alman nazirdən TÜRKİYƏ ETİRAFI: UTANCVERİCİDİR

Baxış sayı:
5752

Almaniyanın xarici işlər naziri Heiko Maas, “Uzun müddətdir Almaniyada yaşayan Türklərin böyük bir qisminin hal-hazırda belə ayrı-seçkiliyə məruz qalmaları utanc vericidir” deyib.
 
Almaniyalı nazir Heiko Maas, “Funke” Media Qrupuna bağlı qəzetlərə verdiyi müsahibədə, işləmək üçün Türkiyədən Almaniyaya gələn miqrantların ölkənin bir hissəsi olduğunu bildirib. Ölkədəki ayrı-seçkiliyə diqqəti çəkən Maas, "Özləri, valideynləri, hətta nənə və babaları uzun müddətdir Almaniyada yaşayan Türklərin böyük bir qisminin dövrümüzdə belə ayrı-seçkiliyə məruz qalmaları utanc vericidir" deyə, bildirib.
Maas, 25 il əvvəl Solingen şəhərində baş verən faciəyə işarə edərək, "Solingendə həlak olanları unutmaq, baş verənlər qarşısında susmamaq hər kəsin borcudur" deyib.
Maas, nifrət və əcnəbi düşmənçiliyinə qarşı mübarizəyə dəvət edərək, həm Almaniyada, həm də dünyada tolerantlığa, müxtəlifliyə və insanlığa sahib çıxılmasının lazım olduğunu vurğulayıb.
Qeyd edək ki, Solingende 29 may 1993-cü ildə ifrat sağçılar, bir Türk ailəsinin evini yandırmışdı. Yanğında oruc tutan bir Türk ailəsi yanaraq ölmüşdü. Faciənin 25-ci ildönümü ilə bağlı Düsseldorf şəhərində Almaniya Kansleri Angela Merkel,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Almaniya xarici işlər naziri Maas-ın iştirakı ilə anım mərasimi keçiriləcək. Solingendə də anım tədbirləri keçiriləcək.
Müxalifət.az