Alman dili müəlliminin 62 min avrosu oğurlandı – ABŞERONDA
12-06-2018 15:46
Baxış sayı:
4855

Abşeron rayonunda alman dili dərsi keçən müəllimin evindən oğurluq etməkdə təqsirli bilinən Fuad Zeynalovun məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Fuad Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib. Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub. Ev sahibi Qədir Əliyev alman dili müəllimidir. Oğurluğu törədən Fuad Zeynalov isə ev sahibinin baldızının kürəkənidir.