Ailəsinin və Kəşfiyyatın təsiri ilə YPG-li terrorçu qadın təslim oldu

6 ildir terror təşkilatı PYD-YPG-də fəaliyyət göstərən R.Ö. ddlı qadın terrorçu, ailəsinin və kəşfiyyatın dövrəyə girməsi ilə Suriya sərhədində təhlükəsizlik qüvvələrinə təslim olub.
Şırnakın Beytüşşebap rayonunda qeydiyyatda olan və 2012-ci ildən bərı Suriyada terror təşkilatı YPG daxilində fəaliyyət göstərən “Faraş” kod adlı R.Ö, ailəsi və Şırnak Vilayət Jandarm Komandanlığı Kəşfiyyat Şöbəsinin hərəkətə keçməsi ilə YPG-dən qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olmağa qərar verib.
“Faraş” kod adlı terrorçu ailəsi və Türkiyə kəşfiyyatının təsiri ilə təslim olmağa razı olmasından sonra lazımi tədbirlər alınıb və təşkilatdan qaçıb. YPG-li terrorçu axşam saatlarında Kəşfiyyat işçilərinin nəzarətində Cizrədə təhlükəsizlik qüvvələrinə təslim olub.
MERİYADAN AÇIQLAMA
Şırnak İcra Hakimiyyətindən məsələ ilə bağlı verilən yazılı açıqlamada, PKK/PYD terror təşkilatından qopmaların davam etdiyi bildirilərək, 2012-ci ildə PYD terror təşkilatına qoşulan Beytüşşebap rayonunun sakini 1995-ci il təvəllüdlü “Faraş” kod adlı R.Ö.-nün Şırnak vilayət Jandarm Komandanlığı Kəşfiyyat əməkdaşlarının inandırıcı işləri nəticəsində təhlükəsizlik qüvvələrinə təslim olduğu açıqlanıb.
Müxalifət.az