Aİ ölkələrinin Gürcüstandakı səfirləri bəyanat yaydılar
29-06-2019 11:38
Baxış sayı:
3844

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Gürcüstandakı səfirləri ölkədə baş verən son hadisələrlə bağlı xüsusi bəyanat yayıblar.
Səfirlər son günlər Gürcüstanda baş verənlərdən narahatlıqlarını bildirib, tərəfləri dialoqa və kompromisə çağırıblar. Bəyanatda deyilir: “İyunun 20-də Tbilisidə aksiya zamanı həddindən çox güc tətbiqi və polisin reaksiyasına səbəb olan zorakılıq hərəkətlərinə təhrikçiliklə bağlı şəffaf, tez və effektiv araşdırma aparılmalıdır”.
AzərTAc bildirir ki, Aİ səfirləri bu prosesdə ombudsmanın iştirakının böyük əhəmiyyəti olduğunu qeyd ediblər.