Ağ Evdən “İRAN” İDDİASI

Ağ Ev İran İnqilab Keşikçilərinin raket hücumları ilə İsrail vətəndaşlarını hədəf aldığını iddia edib.
Ağ Evin sözçüsü Sarah Sanders, məsələ ilə bağlı yazılı bəyanat verib.
Açıqlamada "İran İnqilab Mühafizəçiləri, resurslarını Yaxın Şərqdə dağıdıcı təsirini artırmağa xərcləyir" İfadəsini işlədən Sanders, İnqilab Mühafizəçilərini İsrail vətəndaşlarını hədəf alan raketlər atması ilə ittiham edib.
Bəyanatda Sanders, Yəməndəki çıxıntılarının əli ilə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyada raket atması səbəbilə də İrana təpki göstərib.
ABŞ-ın "VƏTƏNDAŞLAR HƏDƏF ALINIR" RİTORİKASI
Digər tərəfdən, İranın Suriyadakı hərbi mənbələri, İsrail işğalı altındakı Holan Təpələrindəki hərbi bazalara atılan raketlərə istinad edən Ağ Evin, sözügedən hücumu "raketlər İsrail vətəndaşlarını hədəfə alırdı" şəklində dilə gətirməsi isə diqqət çəkib.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusuna bağlı “Qüds Gücü”nün ötən çərşənbə günü Suriyadan İsrailin işğalı altında olan Holan Təpələrindəki bazalarına doğru 20-yə qədər raket atdığını irəli sürən İsrail, bu hücuma qarşılıq olaraq Suriyada İran güclərinin yerləşdiyi bir çox nöqtəni döyüş təyyarələri vurmuşdu.
Müxalifət.az