Ağ Evdə böyük şok... Bir ayda ikinci dəfə oldu

Baxış sayı:
5221

ABŞ-da Ağ Evin yaxınlarındakı Ellipsə Parkında özünü yandıran adam təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
 
Amerikan mətbuatında yer alan xəbərlərə görə, günorta saatlarında Vaşinqtonun mərkəzində olan və Ağ Evə çox yaxın parkda bir kişi özünü yandırıb. Gizli Xidmətdən edilən açıqlamada, söz mövzusu adama müdaxilə edildiyi və xəstəxanaya qaldırıldığı ifadə edilib.
Yaralanan adamın vəziyyəti ilə bağlı hər hansı bir məlumat paylaşılmazkən, Ağ Evdən də mövzuya bağlı hələ bir açıqlama verilməyib.
Ayrıca Vaşinqton şəhər xilasetməsinin sözçüsü də park polisi və ABŞ Gizli Xidməti məmurlarının verdiyi məlumatı təsdiqləyərək "Ağ Ev qarşısında olan bölgədən yanıqları olan bir xəstəni daşıdığımızı və bu anda hadisə yerində olduğumuzu söyləyə bilərəm" məlumatını paylaşıb.
Qeyd edək ki, keçən ay da bir kişi Ağ Ev önündəki Pennsylvania Prospektində özünü yandırmış və yüngül şəkildə yaralanmışdı.
Müxalifət.az