Afət Qazıyeva terrorçu Vardanyana pulsuz vəkillik edir, qaziyə yox?

Baxış sayı:
10160

VK-nın sədri, MHŞ üzvü Anar Bağırovdur, yoxsa Əlirza Həbilov?
Media 10-a yaxın vəkilin  Vəkillər Kollegiyasının (VK) sıralarından çıxarılacağını bildirib. Hələlik adlar çəkilmir, görəsən, VK rəhbərliyindəki görəvlərindən sui-istifadə edənlər barəsində hansısa tədbir görüləcəkmi? 7 ildir intizam komissiyasının üzvü, DİN-in vəkili və nümayəndəsi kimi saxta statusla hüquqverici sənəd olmadan məhkəmə işlərinə çıxıb, 1-ci dərəcəli Qarabağ qazisinin hüququna qeyri-prosessual qadağa qoyan, saxta qərarlar tərtib edən, etdirən  Əlirza Həbilovun vəkil adından şəxsi mənafeyi adına yararlanmasına, DİN-dən “vəkil haqqı” - əməkhaqqı almasına qiymət verən olacaqmı? Sui-istifadə halları bir daha  diqqətə çatdırılır:

  1. 2017-ci ildə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində (hakim Elçin Məmmədov) DSMF-ə qarşı işdə Əlirza Həbilov DİN-i 3-cü şəxs etdirib və onun vəkili və nümayəndəsi kimi hüquqverici sənəd təqdim etmədən iddiaçı Qarabağ əlilinin əleyhinə çıxış edib. Əlilin etirazına cavab olaraq hakimi onun barəsində xüsusi qərardad çıxarmağa , akt tərtib etməyə səsləyib, amma hakim bu təxribata getməyib.
  2. 2018-ci ildə Şəki İnzibati- İqtisadi Məhkəməsində (hakim Kənan Vəliyev) DİN-in adından bəyanatla çıxış edib ki, Ali Məhkəmədə də olsa 1-ci dərəcəli Qarabağ qazisinin hüquqlarının təminatına imkan verilməyəcək. DİN-in adından verilən bu bəyanata hələ də nə DİN, nə VK rəhbərliyi, nə prokurorluq, nə Ədliyyə Nazirliyi, nə də məhkəmənin özü qiymət verib. Hamısı qanunsuz vəkilin qanunsuz bəyanatının DİN-i müdafiə (?)  məqsədilə edildiyini vurğulayıb.
  3. 2019-cu ildə Şəki İnzibati- İqtisadi Məhkəməsində ( hakim İlqar Cabbarov) 15 fevralda qərar qəbul edilmədiyi , iclasın növbəti tarixə təyin edildiyi halda (bunu elektron məhkəmə sistemi sübut edir) , iddianın mümkün sayılmaması haqqında 15.02.2019 tarixli qərardad tərtib etdirib.

Bu 15.02.2019 tarixli qərardadı 5 ildən çoxdur Azərbaycan Respublikasının sistemində preyudisial Konstitusiya aktı kimi tətbiq   etdirən  Əlirza Həbilov Qarabağ əlilinə ayrılan vəkillərin də şikayətləri yazmasına vəzifəsindən yararlanaraq qadağa qoyub. Şəki Apellyasiya Məhkəməsinin saxta qərardadını qüvvədə saxlayan qərardadından kassasiya şikayəti verməyə İsmayıllı (?- bəyəm Ali Məhkəmə İsmayıllıya köçüb?- M. B.) hüquq məsləhətxanasından ayrılan Nəvahid  adlı vəkilə şikayəti yazmağı qadağan edən VK-nın vəzifəli şəxsi özü hüquqverici sənəd olmadan Ali Məhkəmədə (hakim Kəmaləddin Bədəlov)  DİN-in vəkili və nümayəndəsi kimi iştirak edib. Və DİN-in adından verdiyi bəyanatı qəbul etdirib. Ali Məhkəmə 12.02.2020 tarixli qərardadla kassasiya şikayətini mümkünsüz saymayıb ki, şikayət gec yazılıb. Əlirza Həbilovun qabaqlayıcı tədbiri-göstərişi ilə vəkil Nəvahid Abbasov bu iclasda da iştirak etməyib.
Onu da vurğulayaq ki, bu “ali qərardad” iddiaçı Qarabağ əlilinə 4 il yarımlıq şikayətlərdən sonra  verilib və anında Konstitusiya Məhkəməsinə ( KM) şikayət verilib. Di gəl, icraata qəbul ediləcəyinə ümid yoxdur. Nədən KM özü də   15.05.2020 -ci il tarixli qərarında Əlirza Həbilovu DİN-in vəkili statusunda göstərib.
12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin ( hakim Orxan Həsənov) iclasına isə Əlirza Həbilov 3 ilin vəkili Orxan Babayevi DİN-in vəkili və nümayəndəsi kimi göndərib. Əlində də 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında qərardad. Bakı Apellyasiya Məhkəməsi ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasından imtina edib ki, tərəflərin hüquq bərabərliyi prinsipini pozacaq, amma DİN-in saxta vəkili və nümayəndəsini, DSMF-in 39 saylı vəkil bürosunu hüquqverici sənəd olmadan qəbul edib.
VK-nın Hüquqi Yardım Mərkəzinə müraciət edən Qarabağ əlilinə 5 saylı vəkil bürosundan Nurəddin Kantayev pulsuz vəkil ayrılıb, amma vəkil, pulsuz olduğundan hüquqi yardımdan imtina edib. Mərkəzin direktor müavini, xanım Afət Qazıyeva MM-dən, Ali Məhkəmədən, ali dövlət hakimiyyəti orqanlarından gələn tapşırıqlara baxmayaraq, 1-ci dərəcəli Qarabağ əlilinə nə cinayət, nə inzibati, nə də mülki işlərdə vəkil ayrılmasını çözməyib. Özü də vəkillikdən imtina edib. Yəqin pulsuz olduğuna görə. Bəs nə yaxşı terrorçu Vardanyana pulsuz vəkillik edir? Yoxsa, separatçı VK rəhbərliyində təmsil olunan vəkilə xidmət haqqı ödəyir, dövlət büdcəmiz ziyana düşmür? Başqa nəsə fikirləşmək olmur, yoxsa niyə terrorçu Vardanyana göstərilən yüksək xidmət Qarabağ əlilinə aşağı səviyyədə də olsa göstərilməsin?
VK-nın sədri, Məhkəmə Hüquq Şurasının üzvü Anar Bağırovun məhkəmədə müdafiəyə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlilinə , dövlət büdcəsi hesabına gərək deyil, haqqı ödənilməklə vəkillik etməsi niyə mümkün olmasın? Pulla deyil? Müqavilə bağlanılsın,  xidmət göstərilsin. ƏLİRZA HƏBİLOVUN QARŞISINA  ANAR BAĞIROVDAN ÖZGƏ KİM ÇIXA BİLƏR? Bir bilinsin görək, VK-nın sədri Anar Bağırovdur, yoxsa ?...
Məğrur BƏDƏLSOY