Afrindən sonra ORADAN DA QAÇIŞ BAŞLADI
14-03-2018 11:49
Baxış sayı:
8806

Türkiyə və ABŞ-ın razılışması ilə Afrindən sonrakı hədəf olan mahalda böyük bir hərəkətlilik var, YPG-lilər qaçış hazırlıqlarına başlayıb.
TSQ və ASO, Afrin şəhər mərkəzinin mühasirəsini tamamladı, dinc əhalinin şəhərdən təhlükəsiz şəkildə çıxması üçün bir dəhliz yaradıldı.
Türkiyənin xarici işlər naziri Çavuşoğlunun dünən Münbiç ilə bağlı ABŞ-la razılaşması açıqlamasından sonra Münbicdə hərəkətlilik başlayıb.
Bu açıqlamadan sonar yüzlərlə mülki əhali cənubdakı Suriya rejiminə məxsus əraziyə qaçır. Qaçanlar arasında çoxluğu Münbiçdə olan YPG terrorçularının ailələri təşkil edir.
Müxalifət.az