Afrində yaxalanan gənc terrorçular HƏR ŞEYİ ANLATDILAR

Baxış sayı:
10954

Bursey dağında yaxalanan gənc terrorçular YPG-nin bölgədəki terrorizm mexanizminin necə işlədiyini izah edib. İfadələr, Türk əsgərinin bölgədə terrorçularla fiziki döyüşlə bərabər, necə bir psixoloji savaş verdiyini də açıqca ortaya qoyur. Türk Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytin Budağı” Hərəkatı çərçivəsində Burseya dağına təşkil edilən hərbi əməliyyatda tutulan YPG-lilər, terrorçuların onları necə aldatdıqlarını və bölgədə terrorizm mexanizminin necə işlədiyini izah ediblər. 17 yaşındakı qızlar Hena H. İ. və Safe C. ilə 20 yaşındakı İbrahim Əhməd terror təşkilatının çirkli dəzgahlarını, Afrində xalqa necə zülm etdiklərini izah edib. Uşaq yaşda zorla terrorçu edilən gənclər Türk əsgərinin onlara ata şəfqətiylə yaxınlaşdığını söyləyib. “SİZİN YAŞDA QIZIM VAR, QORXMA” Hena H.İ. (17 yaşındadır): Burseyada təhlükəsizlik gücləri tərəfindən nəzarətə alınan Hena H.İ. 17 yaşındadır. Oxuyub, yaza bilmir. Münbiçdə yaşayarkən ailəsi ilə birlikdə PYD-YPG sıralarına qoşulmaq məcburiyyətində qalıb. Hena H.İ.: "Yoldaşlar həmişə YPG-nin maliyyə imkanlarının həddindən artıq olduğunu söyləyirdilər. PKK, analarının YPG-yə qatıldığını və Burseyada onlari üçün mübarizə etdiklərini söylədi. YPG-yə qoşulduğum təqdirdə ailəmi görə biləcəyimi dedilər. Biz PYD-nin Münniçdə zülmünə məruz qaldıq. Əlimizdə nə var idisə, hamısını talan etdilər. Türk əsgərlərinin gəlib hər kəsə əzab verəcəklərini və hər şeyi qənimət alacağını söylədilər. Bu torpaq üçün döyüşmək məcburiyyətində qaldıqlarını söyləyirdilər. Türk ordusu tərəfindən edilən hava hücumlarında yüksək səviyyəli komandirlər bizi buraxaraq 'dəstək gətirəcəyik yalanı' ilə tunellərdən qaçdılar. Həbs olunanda bir türk komandiri dedi: "Qorxma, sənin yaşında qızım var. Biz sizə bir şey etməyəcəyik. Biz sizin aldadıldığınızı bilirik. Həyatınızın qalan hissəsini insan kimi yaşa, burada ölmə,dedi, ata kimi münasibət göstərdi mənə. YPG bizim hamımızı aldadıb. Türk əsgərlərindən heç bir pislik görmədim. “DOSTLARIMA QÜRURUNUZ ÜÇÜN QAÇIN, DEYİRDİM” İbrahim A. (20 yaşında): Onlar hər zaman yeni gələnləri cəbhəyə göndərirlər. Özləri isə cəbhəyə getmirlər. Uşaq yaşındakı döyüşçüləri qabaqcıl cəbhəyə göndərirdilər. Çünki Türk əsgərlərinin son dəqiqəyə qədər atəş etməyəcəyini bilirdilər. Bu işin sonu yoxdur, ya ölüm, ya da həbsxanadır . Cəbhədəki dostlarıma onlara aldanmamalarını və qürurları varsa oradan qaçmalarını tövsiyə edərdim. ÖLÜMLƏ TƏHDİD ETDİLƏR Tel Rıfatda PYD-lilər yanıma gəlib, mənə dövlət quracaqlarını, əsgər olacağımı, olmazsam öldürüləcəyimi söylədilər. İdlib və Tel Rifatda döyüşməyi öyrətdilər. Təlim düşərgəsində onlar uşaqları qorxutdular və onlara işgəncə verdilər. ÖLMƏYİMİ DEYİL, YAŞAMAĞIMI İSTƏDİ Səfa C. (17 yaşında): Afrində kiçik uşaqlara sərhədə getmələrini, üstlərindəki tapança ilə Türk əsgərinə atəş açmalarını istəyirdilər.Snayperçilər hazırlayırdılar. Bunun üçün qızları seçirdilər. Çünki onların əlləri titrəmirdi. Mən sol ayağımdan yaralı idim. Əsgərlər məni çox asanlıqla öldürə bilərdi. Amma əsgər məni təslim olmağım üçün saga sola atəş açırdı. Türk əsgərinə qarşı silahdan istifadə etməmişəm. Əsgərin özünün yükü ola ola məni 1 kilometr belində daşıdı. Ancaq YPG bizə Türk əsgərlərinin işgəncə verəcəyini deyirdi. Mən hər şey bir yalan olduğunu başa düşdüm. Türk əsgərlərini görən hər kəs əllərini qaldırır və təslim olur. Müxalifət.az