Afrində şəhid olarkən əlində “QURAN” VARDI
14-03-2018 10:25
Baxış sayı:
7357

Afrindəki Türk Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı keçirdiyi əməliyyatda şəhid olan çavuş Orhan Sürmənin şəhidliyi ilə əlaqədar əhəmiyyətli bir detal ortaya çıxıb. Çavuş Orhan partlayıcı bağlanmış bir Quranı yerdən götürərkən şəhid olub.
“Zeytun Budağı” əməliyyatında həlak olan çavuş Orhan Sürmənin, bomba tələsi ilə şəhid edildiyi ortaya çıxıb. Məlumata görə, çavuş Orhan partlayıcı bağlanmış Quranı yerdən qaldırarkən partlayış baş verib və nəticədə mehmetcik şəhid olub.
Türk əsgərinin Qurana həssaslığını bilən PKK / PYD terrorçuları tərk etdikləri bölgədə Qurana partlayıcı bağlayaraq tələ qurublar. Çavuş Orhan Sürmən də müqəddəs Quranı ayaqlar altından qaldırarkən şəhid olub.
Müxalifət.az