Afrində PKK-ya 2 milyard DOLLARLIQ ZƏRBƏ

Suriyanın İqtisadiyyat Forumunun başçısı Mövzum əl-Barudi, Afrini 'narkotik paytaxtı' halına gətirən və bölgədəki 18 milyon zeytun ağacı ilə fabriklərə əl qoyaraq ildə 2 milyard dollar gəlir əldə edən PKK-ya Zeytun Budağı” hərəkatı ilə böyük zərbə vurulduğunu bildirib.
Baas rejiminin 2012-ci ildə PKK-ya “hədiyyə” etdiyi Afrində terror təşkilatının illik gəlirinin 2 milyard dollar olduğu ortaya çıxıb. Suriyanın İqtisadiyyat Forumunun başçısı Mövzum əl-Barudi, PKK-nın narkotik, maye yanacaq, xərac, insan qaçaqçılığı və Hələbə kommersiya daşımaçılığından aldığı pay və rejim bölgəsinə gedən əhalidən təmin etdiyi gəlirlərlə illik 2 milyard dollar mənfəət əldə etdiyini söyləyib. Barudi, "Afrində döyüşçülərinin üçdə birini itirən (3400) terror təşkilatına bir də iqtisadi sahədə böyük bir zərbə vuruldu. Terror təşkilatı Afrində tarixin ən böyük \ərbəsini aldı. Ümid edirəm ki, bu itkilər Münbic, Tel Abyad və Hasəkə ilə davam edəcək ".
HƏR ŞEYİ QƏSB ETDİLƏR
Suriyalı 1260 təşəbbüskarın ortaqlığı ilə 2013-cü ildə qurulan Suriya İqtisadiyyat Forumunu idarə edən Barudi, Afrindəki yüzlərlə iş sahələrinə PKK-nın əl qoyduğunu söyləyib. Dükanlardan tutmuş, çörək sexləri və zeytunyağı fabriklərinə qədər bütün istehsal təsislərini PKK-nın qəsb etdiyini izah edən Barudi, bölgənin iqtisadi vəziyyətinə bağlı bu məlumatları verib: "Suriya daxilində 67 milyon zeytun ağacı var və bu ağacların 18 milyonu Afrindədir . PKK, 250 zeytun fabriki və əl qoyduqları digər obyektlərdən əldə etdiyi gəlirin 40 faizini Qəndilə göndərir. Afrində illik 270 min ton zeytun yağı istehsal olunur. PKK ayrıca 10 sabun fabriki, 35 hazır şablon atelyesi, 22 un fabriki, kömür, içki, süd, süd məhsulları, susam, neft təmizlənmə, qaynaq su doldurulması müəssisələrinə, mərmər ocaqlarına əl qoydu”.
Barudi, PKK-nın “Zeytun Budağı” hərəkatı ilə aldığı maliyyə zərbəsinin detallarını anladıb:
ZƏHƏR VƏ İNSAN TİCARƏTİ
“PKK Afrini "narkotik paytaxtı" halına gətirmişdi. Narkotik və insan alveri onun gəlirinin 60 faizindən çoxunu təşkil edir. Terror təşkilatı Afrindən Cənubi Afrika, Avropa və Körfəz narkotik bazarına böyük bir zəhər dəhlizi qurdu. Son iki il ərzində insan və narkotik maddə ticarətindən gələn gəlirləri ildə bir milyard dollardan çox olub. Hələbin düşməsi ilə, Afrin Suriyanın şərq və qərb bölgələri arasında yalnız tranzit nöqtəsi olaraq qaldı. Son üç ildə Raqqa, Deyrizor, Hasəkə, İdlib, Lazkiye, Hama, Dera, Humus və Şam bölgəsi arasında Afrin körpü rolunu oynadı.
Müxalifət.az