Afrində hilal bitdi, indi də “Ulduz” ƏMƏLİYYATI BAŞLAYIR

Baxış sayı:
4234

“Zeytun Budağı” Hərəkatı çərçivəsində strateji Cinderesi mövqelərini ələ keçirən TSQ və ASO gücləri terrorçuları saxlandıqları yerdə bir-bir aşkar edərək, zərərsizləşdirir. Cinderesi mərkəzinin terrorçulardan təmizlənməsi ilə tamamlanan aypara mühasirəsindən sonra Miniğ mahalındakı ulduz əməliyyatına başlanılıb.
 
 Terror təşkilatı PYD-YPG-nin yerdəyişmə məntəqələrinin təminatı olan bölgə, şəhər mərkəzindəki böyük əməliyyatın da başlanğıcı olacaq.
 
 AFRİNƏ YARDIMLARIN QARŞISI ALINACAQ
 
Cinderesinin, Afrine uzanan düz vadi olması səbəbindən Afrin şəhər mərkəzinin qapısını araladı və Afrin rayon mərkəzinin sərhədlərinə qədər irəliləyiş əldə olunub. Şəhər mərkəzinə əməliyyatdan öncə son bir həlledici həmlənin olacağı bildirilir. Bu gedişlə Afrin şəhər mərkəzinə keçiriləcək böyük əməliyyatdan öncə PYD-YPG-li terrorçuların nəzarətindəki Tel Rifat və Şiə milislərinin nəzarətindəki Nubul ilə Zəhra bölgələrindən reallaşdırılan yardımların qarşısı alınacaq, terrorçuların xariclə əlaqəsi tam kəsiləcək. Aypara dəhlizinin tam ortasına keçiriləcək ulduz əməliyyatı ilə ABŞ-ın silah və sursat yardımlarının transfer nöqtəsi hərbi hava limanının da yerləşdiyi Miniğ mahalını terrordan təmizləyəcək. Buranın nəzarətinin təmin olunması ilə terror təşkilatı PYD-YPG-nin Menbiç və Hasake arasındakı keçid nöqtəsi olan Tel Rifat dəhlizi, PYD/YPG-nin nəzarətindəki Hələbin Şeyx Masut, Səlahəddin məhəllələrində yerləşən terrorçuların Nubul və Zəhradan Afrinə keçid nöqtələrində nəzarət təmin olunacaq. Bundan başqa, terrorçuların Azezə qarşı təxribat həyata keçirmək ehtimalının da qarşısı alınacaq.
 
 XÜSUSİ ŞÖBƏDƏ PLANLAŞDIRMA
 
Ayparanın ulduzla taçlandırılmasından sonra terrorçuların sızma nöqtələrini ələ keçirib, sahəyə tamamilə hakim olacaq TSQ və ASO qoşunları Afrin şəhər mərkəzinə doğru irəliləyəcək. Digər tərəfdən, hərbi planlaşdırmanın keçirildiyi qərargahdakı özəl bir qurum Afrin şəhər mərkəzinə keçiriləcək hərəkatdan öncə regionu hər an nəzarət altında saxlayır. Şəhər mərkəzində bir-biri ilə bağlı tunellər də bir-bir aşkar edilir.
Müxalifət.az