Afrində daha bir türk əsgəri şəhid oldu
14-03-2018 19:47
Baxış sayı:
8587

Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində gedən döyüşlərdə daha bir türk əsgəri şəhid olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə baş ordu qərargahı bəyanat yayıb.
Bəyanata görə, kimliyi hələ açıqlanmayan hərbçi axşam saatlarında baş verən toqquşmalarda həlak olub.