Afrində daha 15 KƏND TERRORÇULARDAN GERİ ALINDI

Baxış sayı:
4039

“Zeytun Budağı” Hərəkatında Afrinin ətrafındakı kəndlər bir-bir təmizlənməyə davam edir. TSQ və ASO, bu gün 15 kənd və bir strateji yüksəkliyi terrorçulardan təmizləyib.
 
Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) hərəkatın 55-ci günündə Afrinin Kafer Çil, Birka, Alicaro və Hamoraco kəndlərini terrorçulardan təmizləyib.
Daha sonra Korzlu, Çaxır, Naz, Zerkanlı və Balal kəndlərinin də terrorçulardan təmizləndiyi bildirilib. Son olaraq da TSQ və ASO, Afrinin Kelanlı, Barakaş, Yeşikli, Çalkaya, Çarkatlı və Çakanlı kəndləri ilə 883 nömrəli yüksəkliyi də terrorçulardan təmizləyib.
Afrin rayon mərkəzi ətrafındakı mühasirəni sıxlaşdıran birliklər, Kafer Çil kəndini də alaraq mərkəzə aid kənar məhəllələrin 600 metr yaxınlığına çatmış oldu.
Müxalifət.az