Afrinə SADƏCƏ 600 METR QALDI

Türk Silahlı Qüvvələri (TSQ) və ASO qoşunlarının Afrinlə arasında yalnız bir dağ və 600 metrlik məsafə qaldığı bildirilib.
Türk Silahlı Qüvvələri (TSQ) və ASO, strateji əhəmiyyətə malik olan Zirikat və Deyr Müşmüşə kəndlərini PKK/YPG-li terrorçulardan təmizləyərək nəzarət altına alıb.
Zirikat və Müşmüşə kəndlərini almaqla TSQ və ASO qüvvələrinin Afrinlə arasında yalnız bir dağ və 600 metrlik məsafə qaldığı qeyd edilib.
TSQ və ASO-nun Cinderesi və Şeran bölgələrindən Afrinə bütün giriş və çıxışları nəzarətə aldığı qeyd edilib. Top atışları və terrorçularla döyüşlərdən sonra TSQ və ASO kəndə girərək nəzarəti ələ keçirib.
Afrin mərkəzinin tam alınmasından sonra Mabat bölgəsində yerləşən bütün kəndlərin mühasirə altında qalacağı qeyd edilib. Mabat bölgəsində 5 mahala aid bəzi kəndlərin yerləşdiyi qeyd olunub.
Müxalifət.az