Afrikada "Qarabağ" adlı su quyusu açıldı - VİDEO

Baxış sayı:
13894

Afrikanın ən quraq ölkələrindən biri olan Çadda “Qarabağ” su quyusu açılıb. Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatı təşkilatçılardan biri olan Elnarə Kərimova verib. O bildirib ki, tərəfdaşı Aynur Kərimova ilə birlikdə artıq 4-cü su quyusunun açılmasına vəsilə olublar: “Ərazi quraq olduğundan insanlar su qıtlığından əziyyət çəkir. Bir quyunun qazılması üçün isə 4 min manat tələb olunur. Biz sosial şəbəkədə çağırış edirik, xeyriyyəçi insanlar bizə dəstək olur. Budəfəki quyuya Qarabağ adını verməyi məsləhət bildik. Quyu avqustun 7-də açılıb və fəaliyyətimizi bundan sonra da davam etdirməyi düşünürük”.