​Afrikada ilin ən yaxşısı adına namizədlər bəlli oldu

Baxış sayı:
5209

Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb. Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, bunlar Pyer-Emerik Obameyanq (Arsenal, Qabon), Sadio Mane (Liverpool, Seneqal) və Məhəmməd Salahdır (Liverpool, Misir). Maraqlıdır ki, ötən il də üçlükdə məhz bu hücumçular yer almışdır. İlin ən yaxşısı isə Salah seçilmişdir. Qeyd edək ki, mükafatın sahibi yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçirilən mərasimdə açıqlanacaq.