ADP sədri “Xocalı soyqırımı” abidəsini ziyarət etdi - FOTOLAR
26-02-2018 15:22
Baxış sayı:
4345

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlu Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət edib. Namizədin Seçki Qərargahından Hurriyyet.org-a verilən məlumata əsasən, partiya rəhbərliyi və üzvlərinin də qatıldığı ziyarət zamanı “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyulub, soyqırım qurbanlarının ruhuna dualar oxunub.