Adnan Oktar əməliyyatında ələ keçirilənlər

Baxış sayı:
4156

İstanbul Polisi Adnan Oktara qarşı başladığı nəhəng əməliyyat çərçivəsində silah, polad jilet və zirehli maşın ələ keçirilib.
 
İstanbul Polis İdarəsi səhər tezdən Adnan Oktar əməliyyatı üçün düyməyə basıb. Adnan Oktar və təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində 235 nəfər saxlanılıb. Nəzarətə alınanlar arasında Adnan Oktar da var. Adnan Oktarın evində və iş yerində polis dəstələri axtarış aparır.
 
ƏLƏ KEÇİRİLƏNLƏR
 
Polisdən bildiriblər ki, Adnan Oktar Cinayət Təşkilatına əməliyyat başlanıb. Əməliyyat çərçivəsində silah, gülləkeçirməz jilet, zirehli maşın və külli miqdarda pul ələ keçirilib.
 
5 RAYONDA ƏMƏLİYYAT!
 
Əməliyyatlar eyni zamanda İstanbulun mərkəzi 5 rayonun keçirilib.
Müxalifət.az