Açar “brelok” şəklində öldürücü tapança: Ələ keçirildi

Baxış sayı:
7837

Türkiyənin Malatya şəhərində açar “brelok” şəklində tapança ələ keçirilib.
 
Alınan məlumata görə, Asayiş Şöbə İdarəsnin əməkdaşları Battalgazi rayonuna bağlı Akpınar məhəlləsində şübhəli görünən M.K.(42) dayandırılıb və  üstü axtarılan zaman üzərindəki çıxan avtomobil açarı şəklində olan “brelok” diqqət çəkib.
Tədqiqat zamanı, sözügedən cihazın brelok şəklində, 6,35 miqyasında iki gülləsi olan tapança olduğu müəyyən edilib.
Nəzarətə alınan şübhəlinin polisdəki sorğusu davam edir.

Müxalifət.az