ABŞ Venesuelaya ordu yeridə bilər - Pompeo AÇIQLADI

Baxış sayı:
1423

ABŞ Dövlət katibi Mayk Pompeo Venesuelada hərbi əməliyyatların keçirilmə ehtimalını istisna etməyib.
Muxalifet.az xəbər verir ki, ABŞ rəsmisi Venesuela Prezidenti Nikolas Maduronu da “xəstə tiran” adlandırmaqdan da çəkinməyib.
“Bütün variantlara nəzər yetirilir. Biz qaçılmaz olaraq o addımları atırıq ki, orada Venesuela xalqı öz azad fikrini ifadə edə bilsin, demokratiya hakim olsun. Həmçinin elə edək ki, Venesuela xalqının gələcəyi də parlaq olsun”, - deyə Pompeo bildirib.
O, eyni zamanda bildirib ki, Maduro ən zalım və dəhşətli tirandır:
“Düşünürəm ki, Venesuela xalqı bunu görür”.