“ABŞ və müttəfiqləri yenidən SURİYANI BOMBALAYA BİLƏR” - RUSİYA

Baxış sayı:
2659

“Kimyəvi silahların növbəti istifadəsi ilə əlaqədar bir video rolikin yayımlanması, ABŞ koalisiyasının Suriyaya hava hücumu üçün yeni bir bəhanə ola bilər”.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Konaşenkovun sözlərinə görə, Qərb mediasında yayımlanan kimyəvi silahların tətbiq olunması ilə bağlı video rolikdən sonra ABŞ, müttəfiqləri ilə birlikdə, Suriya dövlət hədəflərinə qarşı raket və hava hücumu başlada bilər. Video rolikdə göstərilən kimyəvi hücumu əsas gətirərək Fıratın şərq sahilindəki Suriya hökumət qoşunlarına qarşı hücumlara zəmin yaradırlar.
Müxalifət.az