ABŞ və Avropa Rusiyadan raket sistemlərini oğurlamağa çalışır: Rusiyadan açıqlama

Baxış sayı:
3055

Rusiya Kompüter Hadisələri Milli Koordinasiya Mərkəzinin baş direktorunun müavini Nikolay Muraşov ölkəsindəki kritik əhəmiyyətə sahib infrastrukturlara yönəlik siber hücumların çoxunun ABŞ və AB-dəki nəzarət serverlərindən reallaşdırıldığını deyib. Muraşov "Rus infrastrukturuna olan hücumların çoxunun müdafiə və enerji sənayesində raket istehsalı və nüvə məlumatlarını oğurlamağa yönəlikdir" deyə bildirib.
 
Siber hücumlarda istifadə edilən botnet əmr nəzarət serverlərinin mövqelərinin təsbit edilə bildiyini ifadə edən Muraşov, "Çünki əməliyyatlar üzərində tam nəzarətə sahib ola bilmək üçün yerliləşdirilmək məcburiyyətindədirlər" deyə söyləyib.
Dünyadakı botnet əmr nəzarət serverlərinin 3-də birinin ABŞ-da olduğuna işarə edən Muraşov, "Rusiyadakı kritik əhəmiyyətə sahib infrastrukturlara yönəlik siber hücumların çoxu ABŞ və AB-dəki nəzarət serverlərindən reallaşdırılır" deyib.
Pis məqsədli proqramların davamlı aktuallaşdığını ifadə edən Muraşov, "Ancaq bu proqramlara etiraz etmək üçün istifadə edilən üsullar da sürətlə inkişaf edir. İndiki vaxtda siber hücumları edənlərlə məlumat təhlükəsizliyi qurumları arasında bir tarazlıq var. Ancaq İnkişaf etmiş Davamlı Təhdid (ATP) olaraq adlandırdığımız “komplike” hücumlar bəzən çox ciddi təhlükələr yarada bilir" deyib.
Qeyd edək ki, ABŞ mərkəzli texnologiya şirkəti IBM-nin məlumatlarına görə, ABŞ dünyadakı botnet əmr nəzarət serverlərinin 36, Çin 14, Fransa 5,1, Almaniya 4,9 və Rusiya 4,9 faizinə nəzarət edir.
Müxalifət.az