ABŞ təyyarələri vurdu, İRAN GERİ ÇƏKİLDİ

Suriyada Bəşşar Əsəd rejimi cərgələrində döyüşən İran gücləri, Deyrizorda terror təşkilatı PYD/PKK-nın işğal etdiyi enerji sahələrini ələ keçirmək istəyib. PYD/PKK-dan 22 nöqtəni ələ keçirən İranlı güclər, ABŞ-ın hava hücumundan sonra geri çəkilib.
Fevral ayının əvvəlində İran gücləri, enerji ilə zəngin olan Deyrizor rayonunda PYD/PKK-nın işğal etdiyi neft və qaz yataqlarını ələ keçirmək üçün hücum təşkil etmiş, ABŞ intensiv bombardmanla cavab vermişdi.
Deyrizordakı mənbələrdən alınan məlumata görə, İran qüvvələri və PYD/PKK arasında qarşıdurmalar davam edir.
4 gün əvvəl İran gücləri, PYD/PKK işğalında olan Salihiyə bölgəsinə güc toplayaraq Koniko qaz sahəsinin ətrafına raket hücumları təşkil etməyə başlayıb.
İran gücləri, Koniko marşrutundakı Ceditə Akidat və Ceditə Bakkara bölgəsində irəliləyərək, 22 nöqtəni ələ keçirib.
Dünən gecə 23.00 radələrində ABŞ döyüş təyyarələri İran qüvvələrini vurub. Bundan sonra İran gücləri, ələ keçirdikləri bütün nöqtələrdən geri çəkilib.
Deyrizordadaki enerji mənbələri
İraq sərhədinə hakim Deyrizor rayonu, ölkənin ən böyük enerji resurslarına malikdir. Şəhəri ikiyə bölən Fərat çayının şərqi, Suriyanın ən böyük neft sahələrini təşkil edən 11 yatağı özündə cəmləşdirir. Əl Ömər, Tanak, Vard, Afra, Kevarı, Cafra, Carnuf, Azramaq, Kahar, Şueytat və Galban neft sahələri, təxmini hesablamalara görə, Suriyanın enerji ehtiyatlarının təxminən üçdə birini təşkil edir.
Müxalifət.az