ABŞ Türkiyəyə qarşı hər tərəfdən HÜCUMA KEÇİB - Daha iki qərar...

Baxış sayı:
12286

İsrail, Yunanıstan və Yunan Kiprinin bir çətir altında toplayan Vaşinqton, Afina ilə hərbi əməkdaşlığı dərinləşdirir. Yunan mediası ölkədəki iki bazada və limanlarda ABŞ əsgərinin daha görünər olacağını yazıb. Türkiyəni hədəf alan "Şərqi Aralıq dənizində Təhlükəsizlik və Enerji Tərəfdaşlığı Qanun Layihəsi" də ABŞ Konqresinə təqdim olunub.
 
ABŞ rəhbərliyi Şərqi Aralıq dənizi və Egey dənizində Türkiyəyə yönəlik düşməncə mövqeyini gündən-günə artırır. Vaşinqton bu məqsədlə İsrail, Cənubi Kipr və Yunanıstanı bir çətir altında bir araya gətirməkdən, bölgədə hərbi mövcudluğunu və fəallığını artırmağa qədər çox addım atır. Vaşinqtonun xüsusilə son dövrdə Yunanıstan ilə hərbi sahədə əməkdaşlığını genişləndirməsi və dərinləşdirməsi də gözdən qaçmır. Son olaraq Yunan “Kathimerini” qəzeti Afina və Vaşinqtonun Yunanıstandakı Amerikan silah sistemlərinin daha da təkmilləşdirilməsi üçün "çevik" variantlar üzərində durduğunu yazıb.
 
HƏRBİ VARLIQ ARTIRILACAQ
 
Qəzetə görə, iki tərəf arasında planlaşdırma çərçivəsində, Yunan hərbi bazalarında ABŞ varlığının artırılmasından, təlimlərin miqyasının genişləndirilməsi və Amerika donanmasının Yunan limanlarında görünüşünün yaxşılaşdırılmasına qədər bir çox mövzu gündəmə gəlib.
 
İKİ BAZAYA ƏLAVƏ QÜVVƏLƏR
 
Yunanıstanı Türkiyəyə qarşı dəstəkləmə səyi çərçivəsində ABŞ-ın iki Yunan hərbi bazasına maraq göstərdiyini bildirən “Kathimerini”, Yunanıstanın daxili hissələrindəki Larissa hərbi hava bazasında daha çox drone ya da hava tankeri alma kimi variantların gündəmdə olduğunu bildirib. Qəzet Larissa bazasıyla bağlı sazişin avqust ayında yeniləməyi gözlədiyini və mövcud silah sistemlərinin vəziyyəti üzərində müzakirələr aparıldığını yazıb. Əlavə olaraq Yunanıstanın mərkəzindəki Stefanovikeio hava bazasının ABŞ vertolyotları tərəfindən istifadə edilməsinin davam etməsi gözləndiyi Dedeağaç və ya Selanik limanları, Şərqi Avropaya keçirilən uçuşlar üçün plasdarm vəzifəsini görür.
 
KONQRESDƏ KİPR LAYİHƏSİ
 
Vaşinqtonun Türkiyəyə yönəlik F-35 və S-400 təhdidləri davam edərkən, ABŞ Konqresinə də təxribat xarakterli bir qanun layihəsi təqdim olunub. Amerikalı Respublikaçı senatorlar Marko Rubio və Bob Menendezin ABŞ-ın Şərqi Aralıq dənizindəki strategiyasını Türkiyə əleyhinə formalaşdırmağı qarşısına məqsəd qoyan ikitərəfli "Şərqi Aralıq dənizində Təhlükəsizlik və Enerji Tərəfdaşlığı Qanun Layihəsini” Konqresə təqdim etməsi diqqət çəkib. Qanun layihəsində, "Egey dənizi Yunan hava sahəsindəki və Kiprin Məhdudlaşdırılmış İqtisadi Regionundakı (MEB) pozuntular" ifadəsi ilə bilvasitə olaraq Türkiyənin regionda maraqlarını qorumağa yönəlik aldığı tədbirləri hədəfə qoyub.
İki senator qanun layihəsində, Yunanlara silah satışı embarqosunun qaldırılması tələb olunub. Layihəyə əsas olaraq da Türkiyə ilə ABŞ arasındakı pozulan münasibətlər göstərilib.

Müxalifət.az