ABŞ Türkiyə seçkisində HANSI NƏTİCƏNİ İSTƏYİRDİ?

Baxış sayı:
5368

ABŞ-ın hazırkı rəhbərliyinin prezident Ərdoğana qarşı mənfi münasibəti sirr deyil. İki ölkə arasında münasibətlər məsələsinin danışıldığı hər şəraitdə, Amerikan rəsmiləri, prezident Ərdoğana qarşı etirazlarını ifadə edirlər.
 
Bəzilərinin isə təpkisiin fəal düşmənçilik dərəcəsinə çatdığını demək olar. Məhz bu səbəbdən Ərdoğanın seçilməməsinin qeyri-mümkün olduğunu bilsələr belə, Amerika rəhbərliyinin seçim edəcəyi seçki nəticəsini soruşanda, əksəriyyət prezidenti kimi Məhərrəm İncəni, TBMM-də isə güclü CHP və HDP varlığını görmək istədiklərini dilə gətirirdilər.
ABŞ-ın bu seçiminin təməlini araşdıranda bunu yalnız Ərdoğan düşmənçiliyi ilə izah etmək mümkün olmur və hiss olunur ki, ortada bir də fərqli vəziyyət mövcuddur.
 
KÜRD PLANI
 
Ağ Evin siyasətinə təsir etmək gücünə malik olan bu insanların fikirlərinin arxasında hər zaman olduğu kimi, bir regional Kürd planı olduğu görünür. Əgər seçki nəticəsi istədikləri kimi olsaydı, Amerikanın “Kürd” planı ilə bağlı bir həll prosesi başlaması arzusunda olacağı dəqiq məlum idi.
Əlbəttə bir həll prosesi olduğu təqdirdə, bunun bir regional Kürd dövlətinin yaradılmasına qədər davam edəcəyi heç kimdə şübhə doğurmur. Belə ki, köhnə vərdişlər heç də asanlıqla unudulmur. Pentaqonda bir neocon vəzifəlisinin otağında hələ də bölgəmizdəki bir Kürd dövlətinin xəritəsinin asıldığı da bir gerçəkdir. Bu faktın özü də göstərir ki, 1992-dən bu yana Amerikanın əslində İsrailin arzu etdiyi bu Kürd planından bir növ tamamilə imtina etməyib.
Bölgədə İrana qarşı İsrailin də öz təhlükəsizliyini təmin edəcəyi düşünülən bir Kürd dövlətinin qurulması planı hazırda Vaşinqtonda neocon evangeliyalar güclü olduğundan yenidən isidilib gündəmə hər an gətirilmə ehtimalı böyükdür. Ona görə də ABŞ hakimiyyətinin hər məntəqədə Türkiyə və Suriya ilə bağlı master plan çıxarma prosesində olduğu yada düşərsə, bu təhlükəni bilib, ona görə tədbir görmək lazımdır.
 
PLANLARI SARSILDI
 
Əslində “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatlarından sonra Amerika rəhbərliyi planını istədiyi kimi tətbiq etmək ümidindən əl çəkməyə başladı. Münbiçdə başlanılan birgə yol xəritəsi prosesi ilə, bu planın tamamilə rəfə qaldırılmasına səbəb ola biləcəyi deyilir.
Ancaq buna rəğmən İsrailin İrana qarşı duracaq bir Kürd dövləti layihəsi hələ də tam mənası ilə rəfə qalxmış değil.16 iyuldakı Putin-Tramp görüşünün çox yaxından izlənməsi və bunun nəticələrinin Vaşinqton rəhbərliyində necə əks olunacağını yaxşı anlamaq lazımdır.
Müxalifət.az