ABŞ Türkiyə əleyhinə Yunanıstana hərbi daşımalar edir? – Pentaqon açıqladı

Baxış sayı:
5353

ABŞ Quru Qüvvələrinin Yunanıstanın Alexandrapolis limanına 700 civarında hərbi texnika sövq etdiyi iddialarına cavab olaraq açıqlama verən Pentaqonun sözçüsü Eric Pahon, "ABŞ uzun zamandır planlanan yaz təlimləri ardıcıllığının bir hissəsi olaraq Yunanıstanda liman əməliyyatları icra edir" deyə bildirib.
 
AVROPAYA GİRİŞ YOLU
 
Bu cür daşıma əməliyyatlarının NATO müttəfiqi ölkələrlə tez-tez edildiyinə işarə edən Pahon, "Söz mövzusu Yunan limanı 9 hərbi təlimin ediləcəyi Balkan və Cənub Avropa ölkələrinə əsas bir giriş yoludur" deyib.
ABŞın Yunanıstana hərbi yığnaq etdiyi iddialarına toxunan Pahon, bu sözləri deyib:
"Daşımalar mövzusunda müttəfiq və ortaqlarımıza qarşı açıq və şəffafıq. ABŞ-ın Yunanıstana hərbi yığnaq etdiyinə yönəlik Rus təbliğatı tamamilə səhvdir və Türkiyə, ABŞ və Yunanıstanın arasını açmaq üçün dizayn edilmişdir. Ruslar yalan və dezinformasa ilə müttəfiqlər arasındakı əlaqələri sarsıtmaq istəyir və bunlar ortaya çıxdıqca bu yöndə oyanıq olacağıq".
Qeyd edək ki, ABŞ-ın Afinadakı səfirliyi keçən həftə ABŞ Quru Qüvvələrinə məxsus əsgərlərin yaz təlimləri üçün 700 texnika və heyəti Alexandrapolis Limanına endirdiyini açıqlamışdı.
Müxalifət.az