ABŞ Şimali Koreyanı hədələdi: “SONUNUZ LİVİYA KİMİ OLACAQ”

ABŞ-ın vitse-prezidenti Mayk Pens, ABŞ ilə nüvə məsələsində razılığa gəlmədiyi təqdirdə Şimali Koreyaya xəbərdarlıq edərək, əks halda bu ölkənin Liviya kimi ola biləcəyini bildirib.
Amerikanın “Fox News” kanalına verdiyi müsahibədə gündəmi dəyərləndirən Pens, Şimali Koreya məsələsində sərt açıqlama verib.
Pens, "Keçən həftə Liviya modeli ilə bağlı bir sıra söhbətlər vardı. Bu məsələdə prezident Trampın açıq şəkildə dilə gətirdiyi kimi, əgər Kim Jong ABŞ-la nüvə məsələsində anlaşmasa, onda (Şimali Koreya), Liviya modeli ilə üzləşə bilər" deyə, Şimali Koreya liderini açıq şəkildə hədələyib. Dolayısı ilə Şimali Koreya liderinin sonunun Liviya lideri Qəddafi kimi olacağına işarə edib.
Liviya bənzətməsi Pyongyang rəhbərliyinin gözündə bir təhdid kimi qəbul edildiyini xatırladan televiziya aparıcısının "Bu təhdid hesab edilə bilərmi" sualına isə Pens, "Məncə bu, daha çox bir gerçəkdir" cavabını verib.
Müxalifət.az