ABŞ səhvən hökumət qüvvələrini vurdu

Baxış sayı:
7615

Əfqanıstanda ABŞ döyüş təyyarələri səhvən Taliban döyüşçüləri əvəzinə Kabil hökumətinin qüvvələrini hədəf alıb.
 
 Əfqanıstanın şərqində yer alan Qazını rayonunun Caguri qəsəbəsində ABŞ döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumunda Kabil hökumətinə sadiq qüvvələrdən 8 nəfər ölüb.
Yerli mənbələrdən edilən açıqlamalara görə, ABŞ döyüş təyyarələri hökumət gücləri ilə aralarındakı" koordinasiya çatışmazlığı"na görə, səhvən Kabil hökuməti qüvvələrini vurub.
Nəticədə təşkil olunan hava hücumunda Kabil hökumətinə bağlı güclərdən 8 əsgər ölərkən, 4 nəfər də yaralanıb.
 
 Taliban təsdiqlədi
 
Kabil hökumətinin daxili kəşfiyyat təşkilatı olan Milli Təhlükəsizlik İdarəsinə bağlı qüvvələrin hədəf alındığı məlumatını Taliban mənbələri də təsdiqləyib. Taliban sözçüsü Zebihullah Mücahid regionda təşkil olunan hava hücumunda iki hərbi nöqtənin tamamilə məhv olduğunu ifadə edərkən, ölü və yaralı sayına dair məlumatları təsdiq edib.
Talibanın Qazını rayonunda intensiv fəaliyyət göstərdiyi məlumdur. Taliban ötən aylarda Caguri qəsəbəsində də fəaliyyətlərini artırmışdı.
Müxalifət.az