ABŞ səfirliyinin yaxınına raket düşdü

Baxış sayı:
4738

İraqın paytaxtı Bağdadın mərkəzində ABŞ səfirliyi yaxınındakı bir evə katyuşa raketi düşdüyü bildirilib.
 
İraq Müdafiə Nazirliyinə bağlı Təhlükəsiz Əlaqələr qurumundan edilən yazılı açıqlamaya görə, Bağdadın mərkəzindəki əl-Cadiriyə bölgəsindəki bir evə katyuşa tipli bir raket düşüb.
Raket dağıntıya səbəb olmayıb. Açıqlamada, mövzu ilə bağlı daha çox məlumat verilməyib.
Digər yandan, bir təhlükəsizlik qaynağından alınan məlumata görə, raketin düşdüyü ev Bağdadda Yaşıl Bölgədəki ABŞ səfirliyinin qarşısında yerləşir.
Müxalifət.az